"Azərbaycan xalqı tarix boyu Sizi unutmayacaqdır!" - MÖQVE ÖZƏL

"Azərbaycan xalqı tarix boyu Sizi unutmayacaqdır!" - MÖQVE ÖZƏL

"Qarabağ Azərbaycandır! şüarını ilk öncə bizi Qarabağsız edənlərin qarşısında, sonra bütün dünya rəsmilərinin üzünə, daha sonra Qarabağın özündə səsləndirən Ali Baş Komandanımız, Dövlət başçımız, doğum günün mübarək olsun! Nə dünya, nə Azərbaycan tarixi Sizi unutmayacaqdır! Çünki Siz həm Azərbaycan, həm də dünya üçün yeni reallıqlar və perspektivlər ortaya qoydunuz". Bunu SİA-ya açıqlamasında YAP Oğuz rayon Gənclər Birliyinin sədri Elşən Alcansoy deyib.

O, daha sonra söyləyib: "Başçılığınızla Azərbaycanın dünyaya göstərdiyi ədalətin bərpası modeli, bütün dünya azərbaycanlılarının birləşməsi, daha güclü formada həmrəylik nümayiş etdirməsilə yanaşı, bu ədalətin axtarışında olan ölkələrə və öz "ədalətlərini" o ölkələrə sırayan güc dövlətlərə real nümunə və ciddi bir siqnal oldu. Artıq, heç kim Sizin və xalq olaraq bizim yaratdığımız reallığı gözardı edərək yola çıxmayacaqdır. Belə genişmiqyaslı reallığı da ortaya qoymaq üçün, şübhəsiz ki, böyük əzm, iradə, bilgi, güc və bütün bunları dünyaya çatdırmaq üçün uyğun dili seçə bilən dünya miqyaslı siyasətçi olmaq gərəkməkdədir".

E.Alcansoy vurğulayıb: "Azərbaycanın taleyindəki bu kədəri sevinc hissi ilə əvəz edən lider, öndər olaraq, Sizi bir daha səmimi qəlbdən təbrik edirəm. Dövlət başçımız kimi gələcək fəaliyyətlərinizdə Sizə və Dövlətimizə, Xalqımıza daha böyük uğurlar arzulayıram!".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə