İran səfiri prezident İlham Əliyevə Ad günü münasibətilə təbrik ünvanlayıb
İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik ünvanlayıb. Təbrikdə deyilir:
Möhtərəm cənab Prezident!
Salam!
İcazənizlə, dost və qardaş ölkə olan Azərbaycan Respublikasının dövləti və xalqının qazandığı son qələbə münasibətilə sevinc hisləri keçirdiyimi bildirməklə, Zati-alinizi ad gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm, İran İslam Respublikasının dövləti və xalqı adından ölkələrimiz arasındakı dostluq və qardaşlığın, eləcə də ikitərəfli əlaqələrin bundan sonra daha da genişlənəcəyini vurğulayıram.
Sonda fürsətdən istifadə edərək, Uca Tnrıdan Zati-alinizə, möhtərəm ailə üzvlərinizə və Azərbaycan Respublikasının xalqına möhkəm cansağlığı, xoşbəxtlik və xoş günlər arzulayıram.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB