Paşinyan qartopu hədəfinə çevrilib Etirazçılar aqressiyalarını gizlətməyiblər
Müxalifətçilər Ermənistanın baş nazirinin kortecinə qartopu atmağa çalışıblar. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, qartopu atmaq istəyən aqressiv etirazçıların hərəkətlərinə Polis mane olmağa çalışıb.
Məlumatda qeyd olunur ki, Ermənistan baş naziri Nikol Paşinyanın korteci Hökumət binasından bayıra çıxarkən, “Daşnaqsütyun” partiyasının "Nikol Ağbalyan" tələbə birliyi ona tərəf qartopu ataraq səsgücləndirici ilə "Nikol xaindir!", "Nikol, get!", deyə qışqırmağa başlayıblar.
Polis nümayişçilərin Hökümət binası yaxınlığından keçməsinə icazə verməyərək hərəkətlərinə mane olmağa çalışıb.
Aktivistlər ilə polislər arasında deyişmə, duel baş verib. Polis Daşnaksutyunun gənc təmsilçilərindən səslərini aşağı salmalarını tələb edib. Etirazçı gənclər isə bunun onların konstitusyon haqları olduğunu polisə izah etməyə çalışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB