“Hamımızın həbs olunması əmr olunur" Gorus meri Aruşanyan

“Hamımızın həbs olunması əmr olunur" Gorus meri Aruşanyan

"Çox güman ki, öz məsələlərini həll etmək, yoluna qoymaq niyyəti, məqsədi ilə bizim hamımızın həbs olunması əmr olunur". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Gorus meri Aruş Aruşanyan jurnalistlərə verdiyi müsahibədə söyləyib.

Məlumatda qeyd olunur ki, Gorus meri Aruşanyan həbsinin siyasi mülahizələrdən qaynaqlandığını, eləcə də tapşırıq əsasında olduğunu düşünür.

Gorus meri onu da qeyd edib ki, Sünik bölgəsi sakinlərinin hazırkı hakimiyyət orqanlarına və Ermənistanın baş naziri Nikol Paşinyana bir çox sualları var və bununla yanaşı, bölgə sakinlərinin əsas problemi təhlükəsizlikdir.
“Necə düşünürsünüz, sizdən bir metr məsafədə türklərin olduğunu bilə-bilə bir uşağı necə sakit şəkildə küçəyə buraxa bilərsiniz? Məktəbə onlar necə gedəcəklər? Yerevandakı reallıq fərqlidir. Bu insanlar torpaqların verildiyi, necə verildiyi və bundan sonra nə olacağı ilə maraqlanmırlar”, deyə mer bildirib.

Onun sözlərinə görə, Vorotan kəndi yaxınlığında 26 kilometr ərazi bir gündə təslim edilib. Aruşanyan qeyd edib ki, Qafana gedən yolda azərbaycanlılarla rastlaşmaq olar və hələ şəhərə çatmağın mümkün olacağı belə sual altındadır.

Aruşanyanı bu məsələnin necə həll ediləcəyi maraqlandırır.

“Yəqin ki, hələ təhvil verilməli olan zonalar var və biz buna qarşı çıxan insanlarıq. Bu səbəbdən də böyük ehtimalla öz məsələlərini həll etmək, yoluna qoymaq üçün həbs olunmağımız əmr olunur”, dedi Aruşanyan fikirlərini gilətməyib.

Gorus meri siyasi səbəblərdən təqib olunduğunu qeyd edib. Aruşanyan, səlahiyyətlilərin ərazilərdən niyə imtina etdiklərini və Ermənistanda bunu etməyə davam etdiklərini nə vaxt izah edəcəklərini bilmək istəyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə