Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdıran qüdrətli Sərkərdə - MÖVQE ÖZƏL
"Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın beynəlxalq müstəvidə yüksək nüfuza malik olmasını, ölkədə xalq-iqtidar birliyinin təmin edilməsini şərtləndirən əsas faktor Sizin rəhbərliyiniz ilə həyata keçirilən siyasətin modern çağırışlara və milli maraqlara cavab verməsidir. Həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi zamanı Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxaran xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Onun layiqli davamçısı prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirilir. Sizin rəhbərliyiniz altında həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz ötən 17 ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi. Ölkəmizdə bütün sahələr üzrə yüksək inkişaf əldə olunub, əhalinin rifah halı yüksəlib, regionların siması əhəmiyyətli dərəcədə dəyişib və bu dəyişiklik hər bir vətəndaşımızın həyatına müsbət təsir göstərib". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin sədri Fərid Musayev deyib.
O, söyləyib ki, bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb: "Azərbaycan bu gün həm regionda, həm də beynəlxalq müstəvidə öz yeri, rolu və xüsusi çəkisi olan ölkədir. Respublikamızın beynəlxalq təşkilatlarda da nüfuzu çox yüksəkdir, Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik edir, bu, ölkəmizin çox mühüm diplomatik nailiyyətidir. Azərbaycanın beynəlxalq müstəvidə əməkdaşlıq və təhlükəsizliyi verdiyi fundamental töhfələrdən bəhs edərkən ölkəmizin iqtisadi baxımdan bölgədə həlledici rola malik olduğunu xüsusi vurğulamaq lazımdır. Bunun əyani ifadəsi kimi ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşdırılan qlobal xarakterli layihələrin nəticələrini göstərmək olar".
F.Musayev vurğulayıb ki, prezident İlham Əliyev tərəfindən atılan qətiyyətli addımlar nəticəsində xalqımızın 30 illik həsrətinə son qoyuldu və cənab Prezident adını Azərbaycan tarixinə qüdrətli Sərkərdə olaraq qızıl hərflərlə yazdınız: "Siz ata vəsiyyətinizi yerinə yetirdiniz. Sizin rəhbərliyiniz altında Şanlı ordumuz tərəfindən həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində torpaqlarımızı işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Sizin həmişə olduğu kimi, müharibə zamanı da hər bir çıxışınız xalqımız tərəfindən böyük səbirsizliklə gözlənilirdi. Bu çıxışlarda xalqımıza verdiyiniz şad xəbərlər böyük qələbənin müjdəçisi idi. Və o gün gəldi. Şuşanın azad edilməsi ilə düşmənin belini qıran Şanlı ordumuz Sizin diplomatik arenada gösrətdiyiniz böyük əzm nəticəsində düşmənə unutmayacağı bir məğlubiyyət yaşatdı və kapitulyasiya aktına imza atmağa məcbur etdi. Xalqımızı bu qələbəni böyük coşqu ilə qeyd etdi. Bu qələbəni, bu zəfəri bizə bəxş etdiyinizə görə Sizə öz təşəkkürümüzü bildiririk. Möhtərəm cənab Prezident! Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə can sağlığı və ölkəmizin qüdrətli inkişafı naminə səmərəli fəaliyyətinizdə uğurlar arzu edirəm. Allah Sizi və ailənizi qorusun!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB