Paşinyanın istefasını tələb edən müxalifətçilər İrəvandakı Respublika Meydanında çadırlar qururlar. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus armenianreport.com saytı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, baş nazir Nikol Paşinyanın istefasını tələb edən itaətsizlik mitinqinin iştirakçıları İrəvanın Respublika Meydanında çadırlar qurmağa başlayıblar. Bildirilir ki, etirazçıların burada gec ələyəcəyi gözlənilir.
“Hava soyuqdur, çətinliklər çoxdur, amma hamımız birlikdəyik. Bu gün ölkəmizin gələcəyi məsələsi həll olunur, ona görə birlikdəyik və heç yerə getməyəcəyik”, deyə “Daşnaksütyun” partiyasının Ali Qurumunun nümayəndəsi İşxan Saqatelyan çadrların qurulmasına aydınlıq gətirib.
Qeyd edək ki, hazırda hökumətin, Baş Prokurorluğun, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binaları mühasirədə saxlanılır.
İtaətsizlik hərəkətləri Ermənistanda davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB