"Paşinyan qorxudan 200-300 silahlı mühafizəçi ilə gəzir" Arsen Babayan

"Paşinyan qorxudan 200-300 silahlı mühafizəçi ilə gəzir" Arsen Babayan

2018-ci ildə ölümdən qorxmadığını söyləyən Ermənistanın baş naziri Nikol Paşinyan indi pulemyotla silahlanmış 200-300 cangüdənlə gəzir. SİA Ermənistana məxsus armenianreport.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu “Rodina” partiyasının üzvü Arsen Babayan bu gün, 22 dekabr tarixində müxalifətin mitinqi zamanı jurnalistlərə verdiyi müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Paşinyan Ermənistanda varlığını bu şəkildə təsəvvür edirsə, deməli bu onun seçimidir, amma bu uzun müddət davam edə bilməz.

“Dövlət və yerli özünüidarəetmə orqanları, elm, təhsil təşkilatları, mədəniyyət və idman xadimləri uzun müddətdir Paşinyanın hakimiyyətinin olmadığını nümayiş etdirirlər. Bu şəkildə davam edərsə, belə bir mənzərə bütün sferalarda müşahidə ediləcək və inkişaf edəcək”, deyə Arsen Babayan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə