“Milli maraqların təmin edilməsi Prezidentimizin ən ali məqsədidir” ÖZƏL-MÜNASİBƏT
"Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan bütün dünyada öz sözünü demiş bir dövlət sayılır. Möhtərəm Prezidentimizin 17 illik siyasi hakimiyyəti dövrü tarixin mühüm hissəsini təşkil edir". Bunu millət vəkili Eldəniz Səlimov “Səs” qəzetinə açıqlamasında bildirib.
E.Səlimov qeyd edib ki, Prezidentimiz İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli davamçısı və siyasi varisidir: "Bunun nəticəsidir ki, beynəlxalq arenada Azərbaycan mühüm söz sahibi olan dövlətlərdən biridir. Prezident İlham Əliyevin hakimiyyəti dövründə respublikamız daim inkişaf etmişdir. Ordu quruculuğu, mədəniyyət sahəmiz, səhiyyə sistemimiz, ümumi idarəçilik sistemimizdə aparılan islahatlar onu deməyə əsas verir ki, bütün bunlar Prezidentimizin idarəçiliyinin bəhrəsidir. Ən əsas bəlli vəziyyət isə 30 ilə yaxındır işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsidir. Bu Azərbaycan tarixində ən möhtəşəm hadisələrdən biridir. Təbiidir ki, bunun üçündə biz Ali Baş Komandanımıza təşəkkür etməliyik".
Millət vəkili onu da qeyd edib ki, xalqın rifahının yüksəldilməsi və milli maraqların təmin edilməsi Prezidentimizin ən ali məqsədidir: "Onun verdiyi qərarlar, atdığı bütün addımlar dövlətimizin, millətimizin mənafeyi üçündür. Hər birimizə bəllidir ki, bütün görülən işlər yalnız xalqın rifahının yüksəldilməsi yönündədir. Azərbaycan xalqının hər bir fərdi bütün bunlar üçün cənab Prezident İlham Əliyevə öz dərin minnətdarlığını bildirir. Allah Prezidentimizi qorusun! Yaşasın müstəqil Azərbaycan!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB