İran səfirliyindən Rusiyaya başsağlığı

İran səfirliyindən Rusiyaya başsağlığı

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin hərbi attaşesi, polkovnik Cavad Forutəni Rusiyanın Bakıdakı hərbi attaşesi polkovnik Andrey Aleksentsevə başsağlığı ünvanlayıb. SİA-nın verdiyi məlumatda deyilir:

Rusiya ordusunun hərbçilərindən birinin Dağlıq Qarabağ bölgəsindəki minalardan təmizləmə və sülhməramlı missiyasında ölməsi ilə bağlı kədərli xəbər məni təsirləndirdi.

Dərdinizə şərik olduğumu bildirir və Rusiya Federasiyası Silahlı Qüvvələrinin nümayəndəsi olaraq Zati-alinizə başsağlığı verərək, sağ qalanlara səbr diləyirəm.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə