Azərbaycanda yeni medal təsis edilir - RƏSMİ

Azərbaycanda yeni medal təsis edilir - RƏSMİ

Azərbaycanda yeni medal təsis edilir. SİA xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

İclasda “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik müzakirə edilib.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə