ABŞ-dan Rusiyaya sanksiyalar: Siyahıda kimlər var?

ABŞ-dan Rusiyaya sanksiyalar: Siyahıda kimlər var?

Adı siyahıda olan şirkətlər silahlı qüvvələrlə bağlı olduğundan onların ixracatına məhdudiyyətlər tətbiq olunacaq

ABŞ-ın Ticarət Nazirliyi Rusiya və Çinin 103 şirkətini qara siyahıya salıb. SİA RİA Novosti-yə istinadən bildirir ki, bu şirkətlər silahlı qüvvələrlə bağlı olduğundan onların ixrac əməliyyatlarına məhdudiyyətlər tətbiq olunacaq.

Nazirliyin saytında dərc olunmuş siyahıda Rusiyadan 45, Çindən isə 58 şirkətin adı var.

Sənəddə qeyd olunur ki, bu, "məhsullarının son istehlakçıları hərbçilər olan" şirkətlərin siyahısının hələ ilkin variantıdır.

Bildirilir ki, siyahıya Rusiyanın Müdafiə Nazirliyi, xüsusi "Rusiya" uçuş dəstəsi, aviasiya, kosmik və digər sahələrin iri şirkətləri, eləcə də şimal qonşumuzun Xarici Kəşfiyyat Xidməti daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə