Elşən Musayev: “Paşinyan yıxılmağa yer, qaçmağa məkan axtarır" MÜSAHİBƏ

Elşən Musayev: “Paşinyan yıxılmağa yer, qaçmağa məkan axtarır" MÜSAHİBƏ

Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir

- Elşən müəllim, son günlər Rusiya sülhməramlılarının Dağlıq Qarabağda Araik Arturyanla olan isti münasibətlərinin əksinə olaraq Vladimir Putin bir daha Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu bildirdi. Buna sizin münasibətiniz?

- Putin müharibənin gedişində belə bir ifadə işlətmişdi ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və ona görə də KTMT müqaviləsi çərçivəsində Rusiyanın məsələyə müdaxiləsi yolverilməzdir. İndi də həmin fikri bir başqa formada, fəqət eyni mətnlə yenidən söyləyir. Demək ki, bu artıq tam formalaşmış fikirdir və məlum mövqeni Rusiya dövlətinin mövqeyi kimi qəbul etmək olar. Yəni, sülhməramlıların və ya Rusiyaya bağlı hansısa təsisatın, təşkilatın sərgilədiyi münasibət, fəaliyyət deyil, məhz Putinin söylədiyi fikirlər daha mötəbər mənbə kimi qəbul edilməlidir.

- Vladimir Putin ənənəvi brifinqində bəyan etdi ki, "Paşinyanın Amerika səfirliyinə qaçmasa onu dəstəkləyəcəyik" deməklə bir növ həm də Paşinyanın ABŞ-ın kadrı olduğunu rəsmən bəyan etmədi ki?

- Paşinyan konkret olaraq "Soros"un kadrıdır. Bunu da hamı bilir. Onu hakimiyyətə gətirən də "Sorus"dur, maliyyəçisi də, istiqamət verəni də. Bu adam ilk gündən etibarən sükanı əldən verib, müstəqil olmayıb, qeyri-adekvat, sistemsiz fəaliyyət göstərib. Sonucda da həm özünü, həm də rəhbərlik elədiyi dövləti, xalqı uçuruma aparıb. Müharibədəki məğlubiyyət isə onun sonunu gətirib. İndiki vəziyyətdə atdığı addımlar da açıq panikanın təzahürüdür. Paşinyan yıxılmağa yer, qaçmağa məkan axtarışındadır. O siyasətçi ola bilmədiyi üçün belə vəziyyətdədir. O peşəkar deyil, son dərəcə naşıdır. Naşı insan isə siyasətdə çox davam gətirə bilməz.

- Hadrut istiqamətində erməni təxribatları baş verib. Nə baş verir? Müharibə hələ bitməyib?

- Ermənilərin xəmiri təxribatla yoğurulub. Təxribat onların qanındadır, canındadır. Təxribat onların həyat tərzidir. Erməni çox mənfur düşməndir. Onlardan bütün pislikləri gözləmək olar. Təbii, müəyyən mərhələdə ürək bulandırmağa, təxribatlar törətməyə çalışacaqlar. Amma niyyətlərinə çata bilməyəcəklər. Planladıqları hər təxribat öz başlarında çatlayacaq. Erməni artıq uduzub. Rəzil olub. Məhv olub. Azərbaycanın dəmir yumruğu onların başını əzib. Əzilən başın isə normal düşünməsi mümkün deyil. Hadrut da daxil, haradasa təxribat eləmək istəsələr mütləq cavablarını alacaqlar. Azərbaycanın müzəffər ordusu bütün təxribatların qarşısını almağa qadirdir.

- Erməni silahlıları hələ də Laçın dəhlizi vasitəsi ilə Qarabağa gəlməkdədirlər, sülhməramlıların erməni terrorçularının Qarabağa sızmasına göz yumması nədən qaynaqlanır?

- Qarabağ Azərbaycandır. Qarabağ bizimdir. Qarabağ əzəli Azərbaycan torpağıdır. Tezliklə o müqəddəs torpaqlarda Azərbaycan vətəndaşları yaşayacaq. İllərdir öz vətənlərindən didərgin düşmüş həmvətənlərimiz nəhayət öz doğma yurd-yuvalarına qayıdacaq. Hər yerdə Azərbaycan bayrağı dalğalanacaq, hər məkanda Azərbaycan sədası eşidiləcək. Eyni zamanda hansısa qüvvə bu torpaqlarda təxribat eləmək istəsə mütləq şəkildə cavabını və cəzasını alacaq. Ermənilər bitiblər, məhv olublar. Onların başı elə əzilib ki, bundan sonra hətta istəsələr, arzusunda olsalar belə nə isə edə bilməzlər. Azərbaycan dövləti hər şeyə nəzarət etmək və bütün təxribatların qarşısını almaq iqtidarındadır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə