SİA-nın müsahibi politoloq Qabil Hüseynlidir
- Qabil müəllim, Rusiya prezidenti Vladimir Putin keçirdiyi brifinqdə bəyan etdi ki, Rusiya sülhməramlılarının sayının artırılması üçün tərəflər təkliflə çıxış etməlidirlər. Sizcə, rus sülhməramlılarının sayının artırılmasına ehtiyac varmı?
- Rusiya sülhməramlılarının sayının artırılması qəti şəkildə bizə lazım deyil. Çünki rus sülhməramlı qüvvələrinin sayının artırılması bölgəni tamamilə nəzarət altına almaq deməkdir. Bir sözlə, Azərbaycan tərəfi buna razı olmayacaq. Yəni Azərbaycan tezliklə sülhməramlı qüvvələrin bölgədən çıxarılması haqqında düşünür. Rusiya prezident Vladimir Putinin birdən-birə fikir dəyişməsi və bölgəyə yeni sülhməramlılar gətirməsi haqqında fikri bölgəni sözün əsil mənasında barı çəlləyinə çevirə bilər. Rus sülhməramlı qüvvələrinin sayının artımı erməniləri qüvvətləndirir, ürəkləndirir və vəziyyəti gərginləşdirir. Ona görə də, Azərbaycan tərəfi buna qətiyyən razı ola bilməz.
- Türk əsgəri regiona, yəni Qarabağa nə zaman gələcək və onların sayı ilə bağlı dəqiqləşdirilmələr varmı?
- Qarabağda rus sülhməramlılarının sayı nə qədər olacaqsa, türk sülhməramlılarının sayı da bir o qədər olacaq. Ağdamda birləşmiş monitorinq mərkəzi tikilir, tikinti işləri gedir və o tikinti işləri başa çatdıqdan sonra türk sülhməramlıları Qarabağa gələcək. Ümumiyyətlə, türk silahlı qüvvələri artıq bölgədədir, Bakıdadır, lazım olan hər yerdədir. Çoxda uzaq olmayan bir dövrdə, bu ayın axırlarına qədər bu məsələ başa çata bilər.
- Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib ki, əgər 10 noyabr razılaşması pozularsa, bu halda müharibə başlaya bilər. Ümumiyyətlə, yenidən müharibənin başlanma ehtimalı varmı?
- Vladimir Putin tez-tez fikirlərini dəyişir və başqa fikirlər söyləyir. Bu da çox təhlükəli fikirlərdir. Gah deyir, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, amma mətbuat konfransında deyib ki, bölgədəki silahlı qüvvələr "burada söhbət separatçılardan gedir. Silahı əllərinə nahaq yerə götürməyiblər". Bu, dövlət adamına yaraşan fikir deyil. Əlinə silah götür və dövləti təhdid et, sonra da haqlı olduğunu sübut etməyə çalış. Bir sözlə, bu sarsaq fikirlərdir və sarsaq fikirlərin cavabı da lazımı anda veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB