Filipp Qordon: \"ABŞ münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu ilə qarşılıqlı əlaqələrini artıracaq\"

Filipp Qordon: \"ABŞ münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu ilə qarşılıqlı əlaqələrini artıracaq\"

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin baza prinsiplərini təsdiqləməyin, sülh sazişi üzərində işə başlamağın vaxtı çatıb". SİA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibinin köməkçisi Filipp Qordon mayın 18-də Senatın Xarici əlaqələr komitəsinin Avropa işləri üzrə alt komitəsində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, ABŞ Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlarla Qafqazdakı münaqişələrin həllində irəliləyişi təmin edib: "Lakin ərazilər ətrafındakı mübahisələr və gələcək siyasi və iqtisadi islahatların zəruriliyi sabitlik üçün başlıca maneə olaraq qalır".

Filipp Qordonun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupu ilə qarşılıqlı əlaqələrini artıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə