Sensor Asratyan: “Onlar apatriot və əclaflardırlar” İTTİHAM

Sensor Asratyan: “Onlar apatriot və əclaflardırlar” İTTİHAM

Mövcud olmayan “dqr”in “müdafiə nazirliyinin” sabiq “mətbuat katibi”, polkovnik Sensor Asratyan feysbuk sosial şəbəkəsində post yazaraq, Paşinyan hökumətini hədəfə alan fikirlərlə çıxış edib və qeyd edib ki, bu gün Ermənistanı gözbağlıcılar (fokusçular) idarə edir.

“Bu gün Ermənistana cinayətkarlıq yolu ilə hakimiyyətə yiyələnmiş, müxtəlif dezinformasiyalarla bizim birliyimizi sarsıdan, xalqı qarmaqarışığa salan bir qrup fokusçular rəhbərlik edir”, deyə qeyd edən Asratyan hakimiyyətdəkilərə xitabən bildirib ki, onlar xain və marionet olaraq haradan gəldi qidalanırlar və iki quruşa milli kimliyi satırlar, bu vasitə ilə ölkəni dibi görünməyən dəryaya doğru batırırlar: “Bu cür apatriot əclaflar hətta ən məkrli manipulyativ fəndlərdən istifadə edərək, hər şeyin bahasına qorxulu planlarını icra edirlər və gündəmə erməni dövlətçiliyinin mövcudluğunu qoyublar.

“Və bütün bunlar publikaya “qəbul edilmiş” – “Ədalətin bərpası və ölkəni talançılardan təmizlənməsi uğrunda mübarizə” şüarı ilə təqdim ediblər”, yazan erməni zabiti əlavə edib: “Nəticədə saf adamlar indi hər gün yaşamlarının pisləşməsi, həlak olanların həyatları ilə ödəyirlər. “Erato dəstəsinin təsisçi-komandiri” (Nikol Paşinyanın arvadı Anna Akopyanı və qadınlardan ibarət dəstənin adı nəzərdə tutulur – R.R.) deyərdi: “heç nə uğrunda öldülər”... Bəli mövcud vəziyyətdə “heç nə uğrunda”, çünki qurbanlıqları ölümə göndərməklə biz uduzduq və Ermənistanın, Qarabağın böyük hissəsini itirməyə davam edirik...”

Asratyan yazısınnın sonun da bildirib ki, mövcud hakimiyyət Azərbaycanın hərbi-siyasi hakimiyyəti üçün bir qrup fokusçulardır və onlar həqiqətən də bir tapıntıdır, belə də qalmaqdadırlar: “Əziz insanlar, əgər siz bundan sonra da elə olmasını istəmirsinizsə, millət kimi fəaliyyətə başlayın”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə