Hülusi Akar Laçın dəhlizindən danışdı: "Hadisələri izləyirik” RƏSMİ
Milli müdafiə naziri: "Məsələ qarşıdakı günlərdə reallaşaca"
“Naxçıvan və Laçın dəhlizi ilə bağlı işlər bərabər aparılır. Məsələni rəsmi Bakı ilə müzakirəyə çıxarıb həll edəcəyik”. SİA-nın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
"Azərbaycan, Rusiya və Ermənistan arasında danışıqlar gedir. Məsələ qarşıdakı günlərdə reallaşacaq”, deyən hərbi nazir Türkiyə SQ-nin təmsilçilərinin Qarabağdakı fəaliyyətlərinə də toxunub: “Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Mərkəzin tikintisi davam edir. Generalımız və digər əməkdaşlarımız ora getməyə hazırdır”.
"Hadisələri izləyirik”
“Bundan başqa, ora minatəmizləyən mütəxəssislərimizi də göndərmişik. Həm təlim keçirlər, həm də ərazini yoxlayacaqlar. Türkiyə Silahlı Qüvvələrinin minaaxtarma və təmizləmə üzrə iki heyətini Azərbaycana göndərmişik. Atəşkəsə ümumilikdə riayət edilir. Ruslar bu mövzuda diqqətlidirlər. Hadisələri izləyirik”, deyə Hülusi Akarar vurğulayıb.
H.Akar həmçinin bildirib ki, Qarabağın bir qismində ermənilər hələ də qalır: “Ruslar iddia edirlər ki, türk əsgəri ermənilərin yaşadığı yerlərdə olarsa, problem yaranar. Qarabağda Türkiyə hərbçilərinin yerləşdirilməsi Türkiyə-Azərbaycan arasında həll olunan mövzudur”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB