"Putin münaqişənin lokal davam etməsinə zəmin yaradır" ÖZƏL-MÖVQE

"Putin münaqişənin lokal davam etməsinə zəmin yaradır" ÖZƏL-MÖVQE

"Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransında Qarabağla bağlı mövqeyində status məsələsini qaldırması burada konkret ermənileri müdafiə etməsi deyil". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Putin Rusiyanın burada maraqlarından çıxış edir: "Çünki Qarabağda statusun saxlanması Rusiyanın burada sülhməramlı qüvvələr adı altında öz ordusunun saxlanması üçün siyasi şəraitin davam etməsi deməkdir. Bundan əlavə, Putin "Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir"-deməsi və sonradan "status məsələsi dəyişməzdir"- tezisi hər iki tərəfin maraqlarını qorumaq və balans yaratmaqdır. Bununlada münaqişənin lokal davam etməsinə zəmin yaradır.

Ümumiyyətlə Rusiyanın Qarabağda sülhməramlı qüvvələri ilə təmsil olunması sülhün və təhlükəsizliyin qarantı olmadığını ilk gündən qeyd etmişəm. ABŞ da verdiyi bəyanatda Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin təhlükəsizliyini təhdid etdiyini bəyan etdi.

Göründüyü kimi Azərbaycan ictimaiyyəti və Qərb Rusiyanın Dağlıq Qarabağda provakativ missiyasını yaxşı bilir. Rusiya Türkiyənin regionda mövqeyinin güclənməsini qəbul etməklə, Cənubi Qafqazda artıq ciddi söz sahibiliyini əldən verib. Kiçik bir ərazi olan Xankəndi, Xocavənd və Ağdərədə suverenliyimizin bərpa edilməsi mütləq olacaq. Uzun proses və regionda dəyişən şərtlərdən və Türkiyə Azərbaycan birliyinin daha da gücləndirilməsindən asılı olacaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə