KTMT baş katibi: “Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır”

KTMT baş katibi: “Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır”

"Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin kollektiv təhlükəsizlik şurasının baş katibi Nikolay Bordyuja deyib.

O hazırda Ermənistan-Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində mövcud olan vəziyyətin yolverilməz olduğunu qeyd edib. O bildirib ki, hər il sözügedən təmas xəttində 50 nəfərə yaxın insan həlak olur və böyük məbləğdə pul hərbi ehtiyaclara sərf olunur.

Təşkilatın münaqişənin zor və ya hər hansı bir plan əsasında həll olunmasının tərəfdarı olmadığını deyən baş katib münaqişənin beynəlxalq hüquq normalarına uyğun, güc istifadə olunmadan həll olunmasının əhəmiyyətini vurğulayıb.

O bildirib ki, KTMT münaqişənin mövcud formatda həlli axtarışından çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə