İlqar Məmmədov: “Virus deyir “sən hansı karantin qoyursan qoy, öz işimi görəcəm” İLGİNC
“Müqayisədən belə çıxır ki, virus karantinə hörmət eləmir”. SİA-nın məlumatına görə, bunu ReAl partiyasının sədri İlqar Məmmədov sərt karantin rejiminin qəbul olunmasına münasibətini bildirərkən qeyd edib. Onun sözlərinə görə, koronavirus bütün hallarda öz işini görməkdə davam edir: “Virus deyir “sən hansı karantin qoyursan qoy, öz işimi görəcəm. Azərbaycan və İsveç ikisi də 10 milyon əhalisi olan ölkədir. Azərbaycan dünyanın ən sərt karantinini ən uzun müddət tətbiq edib. İsveç isə demək olar heç bir karantin tətbiq etməyib. Amma 8 ay ərzində orda və burda son 5 ilin “norma”sından artıq olan ölüm sayı eynidir”.
“Əslində, bizdə bir qədər daha az olmalı idi, çünki bizdə əhali nisbən daha gəncdir və hər il ölənlərin sayı bizdə ümumən oradakından azdır. Amma eynidir, hətta Azərbaycanda bir qədər çoxdur”, deyə qeyd edən İlqar Məmmədova görə, müqayisədən belə çıxır ki, virus karantinə hörmət eləmir.
“Eyni əhali sayı olan ölkədə eyni vaxt ərzində eyni qədər adamı öldürür. Elədirsə, onda bu sərt karantinlər nəyə lazım idi?”, deyə ReAl partiyasının sədri sual edib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB