"Azadlıq" radiosunun erməni xidmətinin əməkdaşına verdiyi müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan son hadisələri şərh edərkən adətini unutmayıb, bir daha yalan məlumat verib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Paşinyan Dağlıq Qarabağ ərazisində Azərbaycan Ordusu tərəfindən mühasirəyə alınmış və artıq həbs edilmiş erməni terrorçuların taleyindən nigaran olduğunu gizlətməyib və Rusiya tərəfini qıcıllandıran sensasiyalı fikirlər səsləndirib.
Erməni baş nazir əlavə edib ki, Köhnə Tağlar kəndində Azərbaycan Ordusu təkcə erməni əsgərləri yox, rusiyalı sülhməramlıları da mühasirədə saxlayır. Onların telefon əlaqəsi yaratmaq imkanları olmadığına görə məsələdən Rusiyanın xəbəri yoxdur.
Rusiyanın Müdafiə Nazirliyinin cavabı özünü çox gözlətməyib: "Rusiya sülhməramlılarının guya mühasirəyə düşməsi ilə bağlı yayılan xəbər həqiqətəuyğun deyil. Rusiya sülməramlıları tam heyətlə Dağlıq Qarabağ ərazisində həm müşahidə postlarında, həm də atəşkəs rejiminin qorumnasında öz missiyasını uğurla yerinə yetirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB