"Qarabağda erməni silahlılarının hədəfi nədir?" ÖZƏL-MÖVQE

"Qarabağda erməni silahlılarının hədəfi nədir?" ÖZƏL-MÖVQE

“Biz hələ də Qarabağın bəzi ordumuz olduğu bölgələrində erməni silahlılarının gizlənməsinin şahidiyik. Məsələn, bəzi kəndlər elə nöqtədə yerləşir ki, ora erməni silahlılarının gəlişi ciddi sual doğurur. Ehtimal olunur ki, Hadrudun Köhnə Tağlar və Çaylaqqala kəndlərinə erməni hərbçiləri Laçın dəhlizinin çətin keçilən yüksəkliklərindən keçiblər. Rus sülhməramlılarının "diqqətsizliyi" nəticəsində onlar ordumuz tərəfindən nəzarətdə olan torpaqlardan yayınaraq keçiblər”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, onların hədəfi bizim nəzarət etdiyimiz Hadrut və Şuşa yaxınlığındakı Laçına, Xankəndinə, Xocavəndə gedən strateji əhəmiyyətli yüksəklikləri ələ keçirmək, ərazilərdə münaqişə yaratmaq və əraziyə rus sülhməramlılarını gətirməkdir: “Nəticədə rus sülhməramlılarının "nəzarət coğrafiyası" genişlənməli, rusların kommunikasiyalara nəzarət etməsini reallaşdırılması təmin edilməli idi. Dünən sülhməramlıların cəld şəkildə Şuşa və Hadrut istiqamətində mövqelərini genişləndirməsi və xəritələr çəkməsi bu versiyanın doğruluğunu artırır. Azərbaycan tərəfi bir neçə dəfə Şuşa və Hadrut ətrafındakı erməni qruplarının oranı tərk etməli olduqlarını ruslara bildirsə də, sonuncular erməniləri oralardan qovmaq əvəzinə, silahlı münaqişənin baş tutmasına gətirib çıxaran vəziyyətin yetişməsinə təkan vermişlər, sonrası isə məlumunuzdur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə