“Etirazlar davam edir, növbəti mitinq şənbə günüdür” İşxan Saqatelyan

“Etirazlar davam edir, növbəti mitinq şənbə günüdür” İşxan Saqatelyan

Vətəni xilas etmək uğrunda mübarizəmizi çiyin-çiyinə davam etdirəcəyik. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Daşnaqsütyun partiyasının nümayəndəsi İşxan Saqatelyan deyib.

"Nikol Paşinyan hər saat mövcud olmayan gücünü itirir", deyə İşxan Saqatelyan əminliklə bəyan edib. O, baş nazirin ölkəni uçuruma aparacağını və dövlətçiliyi məhv etdiyini vurğulayıb.

"Bu gün ermənilər Vətən uğrunda, ölkənin gələcəyi uğrunda döyüşməyə çıxıb", deyə Daşnaqsütyun nümayəndəsi bildirib.

İşxan Saqatelyan qeyd edib ki, mülki itaətsizlik hərəkətləri Nikol Paşinyan baş nazir postunda qaldıqca davam edəcək. Onun sözlərinə görə, sabah sirk binasının yaxınlığındakı meydanda başlayacaq bir yürüş də keçiriləcək. O, diqqətə çatdırıb ki, cümə axşamı, Halabyan küçəsindən başlayan bir yürüş də keçiriləcək, şənbə günü isə saat 15: 00-da Azadlıq Meydanında mitinq təşkil olunacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə