"Rusiya sülhməramlıların öz missiyasını həyata keçirdiyi xəritəsində etdiyi dəyişikliyi erməni beyinin məhsulu hesab edirəm. Döyüş meydanında Azərbaycan ordusuna təslim olmuş Ermənistan rus sülhməramlıların köməyi ilə öz mövqelərini möhkəmlətmək və yaşadıqları ərazilərini genişləndirmək kimi çirkin planlarından əl çəkmirlər. Sülhməramlı qüvvələr 10 noyabrda üçtərəfli imzalanmış bəyanatda göstərilən maddələr çərçivəsində fəaliyyət göstərməlidirlər. Onlara təqdim olunmuş xəritəni dəyişmək və ya missiyanı keçirmək üçün əlavə ərazilərin daxil edilməsinə heç kim hüquq verməyib". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.
Deputatın sözlərinə görə, sülhməramlıların funksiyası erməni silahlı birləşmələrini torpqalarımızdan çıxarmaq və insanların təhlükəsiz yaşayışnı təmin etməkdən ibarətdir: "Əgər sülhməramlılar özləri üçün müəyyən olunmuş çərçivədən kənara çıxırlarsa, dərhal Azərbaycan dövlətinin qətiyyətli mövqeyi ilə rastlaşacaqlar. Məhz dövlətimizin nümayiş etdiyi ciddi mövqeyi sayəsində qondarma xəritə yenidən ilkin variantına qayıtdı. Azərbaycan ordusu öz ərazisindəki erməni təxribatçı qruplaşmlarını neytrallaşdırılması əməliyyatını davam etdirir və bizə düşmən mövqedə olan kim olursa olsun ərazilərimizdən çıxarmasında israrlıdır".
A.Badamov bildirib ki, son günlər həm də Ermənistanın Xarici İşlər nazirinin sərsəm çıxışlarını da izləyirik: "Cənab Prezidentin də qeyd etdiyi kimi erməni tərəfi əldə olunmuş razılıqdan kənara çıxaraq hər hansı təxribatçı addımların atılmasına başlayarsa, bu, Ermənistan üçün çox ağır nəticələrə gətirib çıxaracaqdır: "Ona görə də ermənilər məğlubiyyətlə razılaşıb sərsəm bəyanatlar səsləndirməkdən çəkinərək çalışmalıdırlar ki, Azərbaycan və Türkiyə ilə qonşuluq münasibətlərinə başlasın. Belə olan halda Ermənistanın dünyaya qapıları açıla bilər və yenidən özlərini inkişaf yoluna qoya bilər. Bu onlar üçün yaranmış bir imkandır. Əgər bu imkandan düzgün istifadə etmədən öz çirkin niyyətlərinə yenidən davam etdirmək istəsələr, bu, Ermənistanı bir ölkə kimi mövcudluğunu şübhə altına salacaqdır. Bizim başqa ölkənin torpağında gözümüz yoxdur. Amma Ermənistan bizi yenidən təxribata çəkərsə rəşadətli ordumuz tarixi torpaqlarımız olan Zəngəzuru da işğalçılardan təmizləyəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB