"Minsk qrupu ilə əməkdaşlığımızı davam etdirməliyik” ÖZƏL-MÖVQE

"Minsk qrupu ilə əməkdaşlığımızı davam etdirməliyik” ÖZƏL-MÖVQE

“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsini həll edə bilmədisə belə, mən hesab edirəm ki, biz bu təsisatla əməkdaşlığımızı davam etdirməliyik”. Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, münaqişəni Azərbaycan özü hərbi yolla həll elədi, lakin bu münaqişənin hərbi mərhələsinin başa çatmasıdır, yəni birinci mərhələsi, gələcəkdə Qarabağ bölgəsində xalqların sülh içində yaşaya bilməsi üçün etimad və sülh mühitinin yaradılması istiqamətində bir çox işlər görülməlidir: “Yaşanan son hadisələr onu göstərir ki, bu istiqamətdə bir çox işlərin görülməsinə ehtiyac var. Biz bəri başdan ATƏT-in ABŞ və Fransalı həmsədrlərinə münaqişə artıq həll olundu və sizə artıq burada yer və yaxud ehtiyac yoxdur deməklə Rusiyanın bölgədə əlinin qolunun tam açılmasına əsas yaratmış oluruq. Əlbəttə ki, bu situasiya Rusiyaya sərf edir, çünki Rusiya münaqişənin həllində şəriksiz lider olmaq istəyir. Lakin dediyim kimi sonrakı mərhələdə işğaldan azad edilmiş torpaqlarda sülh quruculuğu, xalqlar arasında etimad mühitinin yaradılmasında Avropa İttifaqı və ABŞ qurumlarının iştirakı bölgənin gələcək inkişafı üçün faydalı ola bilər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə