Paşinyan: “Ailəmin bir üzvü belə Ermənistanı tərk etməyib” İDDİA
“Artıq bir aya yaxındır ki, mütəmadi olaraq ailə üzvlərim haqqında informasiyalar yayılır”. SİA News.am-a istinadən xəbər verir ki, bu haqda Ermənistanın baş naziri Nikol Paşinyan feysbuk vasitəsi ilə canlı yayımında, xalqa müraciətində deyib.
“Son aylarda ailə üzvlərimin bir üzvü olsa belə Ermənistanı tərk etməyib və getməyə də hazırlaşmır”, deyən Paşinyan artıq gündəlik xəbərlərdə xarici ölkələrdə onun ailəsinə məxsus şəxsi evlərin olması barədə fikirlərin səsləndirildiyini bildirib. SİTAT: “Bəziləri bunu mübarizələrinin əsas silahına çeviriblər, amma buna baxmayaraq sizin də yaxşı bildiyiniz kimi, bütün planetdə ailəmə məxsus yeganə mənzil İrəvanın Şenqavit inzibati ərazisində yerləşir. Şayiələr gəzir ki, ailəmizin ehtimal edilən var-dövləti mövcuddur, lakin sizlər bilməlisiniz ki, bizdə əvvəlcədən deklorasiya olunmuş vəsaitlərimizdən başqa heç bir əlavə vəsait də yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB