Ermənilər şokda: müdafiə nazirliyi silahlılara yarıdm etməyəcək! İDDİA

Ermənilər şokda: müdafiə nazirliyi silahlılara yarıdm etməyəcək! İDDİA

“Müharibədən sonra Qubadlının və Zəngilanın bir hissəsi erməni güclərininin nəzarəti altında qalırdı. Bu əraziləri ordu deyil, Sünikin (Zəngəzur) şəhər və kəndlərinin özünümüdafiə dəstələri saxlayırdılar. Belə ki, Qubadlı və Zəngilan rayonları qonşu Laçından fərqli olaraq 9 noyabr razılaşmalarının tərkibində deyildilər, məhz erməni dəstələri bu ərazini saxlamağa davam edirdilər”. SİA xəbər verir ki, bu fikirlər ermənilərin “Armyane vseqo mira” (“Bütün dünyanın erməniləri”) telegram kanalında yazılıb.

"Gözlərimizin qarşısında Gorus-Qafan yolu üzərindəki mövqelərimizi təhvil verirlər"

“Bu gün (dünən) azərbaycanlılar qəti şəkildə tələb ediblər ki, könüllü dəstələr bu ərazilərdən geri çəkilsinlər, əks halda bütün qüvvələri və vasitələri ilə hücum edəcəklərini bildiriblər”, deyə qeyd edən erməni telegram kanalı əlavə edib ki, azərbaycanlı hərbçilər onları “sovet” sərhədlərinə doğru geri çəkilməyi tələb olaraq irəli sürüblər. Lakin bununla yanaşı, qeyd olunur ki, Azərbaycanın güc tətbiq etdiyi halda Ermənistanın müdafiə nazirliyi könüllü silahlı dəstələrə yardım göstərməyəcək.

“Bax bu cür, bizim gözlərimizin qarşısında Gorus-Qafan yolu yolu üzərindəki strateji mövqeləri təhvil verirlər. Yeni sərhədə görə, Qafan nəinki sərhədyanı ərazi olacaq, o birbaşa sərhəddə yerləşəcək”, deyə ermənilər yazır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə