Ankara Aİ ilə dialoqa hazırdır Ərdoğan

Ankara Aİ ilə dialoqa hazırdır Ərdoğan

Türkiyənin Avropa İttifaqı (Aİ) ilə gələcəyini bir neçə dövlətin ambisiyaları ilə sıx əlaqələndirmək səhv yanaşmadır. SİA-nın məlumatına görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Manisa-Akhisar dairəvi yolunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, Ankara həmişə konstruktivliyi və Aİ ilə fikir ayrılıqlarını danışıqlar masasında aradan qaldırmaq istəyini nümayiş etdirib:"Türkiyəni uzaqlaşdırmaq, təcrid etmək və cəzalandırmaq cəhdləri heç nəyə səbəb olmayacaq. Ankara ədalətli fəaliyyəti və milli maraqlarını müdafiə edir. Aİ-nin mövqeyindən asılı olmayaraq, Türkiyə bölgədəki sülh və sabitliyə töhfə verməyə davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə