19 may Azərbaycan Milli Qəhrəmanı Fikrət Hacıyevin doğum günüdür. Qarabağ Azadlıq Təşkilatından SİA-ya verilən məlumata görə, Fikrət Əli oğlu Hacıyev 1964-cü il mayın 19-da Goranboy rayonu Qızıl Hacılı kəndində anadan olub. O, 1991-ci ilin sonuda könüllü olaraq cəbhəyə gedir, yerli özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər məntəqələrin müdafiəsində fədakarlıqla döyüşür. 1992-ci il mayın 4-də Talış kəndi istiqamətində "Yaltaxıl" adlanan ərazinin düşməndən azad olunmasında iştirak etdi, səhərisi gün ermənilər həmin əraziyə böyük qüvvə ilə əkshücuma keçdilər, Fikrət Hacıyev qeyri-bərabər döyüşdə axıra qədər vuruşdu və qəhrəmanlıqla həlak oldu. Qızıl Hacılı kənd qəbristanlığında dəfn edilib. Ballıqaya kənd orta məktəbi onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB