"Torpağa, dövlətə sədaqət Heydər Əliyevin biz gənclərə ən ali mirasıdır" - MÖVQE ÖZƏL

"Torpağa, dövlətə sədaqət Heydər Əliyevin biz gənclərə ən ali mirasıdır" - MÖVQE ÖZƏL

"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 17 il ötür. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” deyən Ulu öndər Heydər Əliyev bütün ömrünü xalqına həsr etməklə, onun səsinin dünyanın ən yüksək tribunalardan gəlməsinə nail olmaqla əsaslı bir məktəbin təməlini qoydu. Bu gün hər bir Azərbaycan gənci o şərəfli məktəbin layiqli şagirdi olmaq uğrunda əzmlə çalışır. Heydər ƏIiyevin ideyaları, dərin biliyi, uzaqgörənliyi, mərdliyi bu gün biz gənclər üçün örnək olmaqla yanaşı həm də dövlət qarşısında olan sadiq faəliyyətimizdə əbədi məşələ çevrilmişdir. Ulu öndərin qorxmazlığı, sözünü məqamında deməyi bacarması, həqiqətin gözünün içinə dimdik baxması, milli ideallar uğrunda mübarizəsi kimi xarakterik xüsusiyyətləri biz gənclər üçün ən gözəl və ən aydın örnəkdir. Onun fəaliyyətini əsas tutan biz gənclər hər gün dərk edirik ki, mənalı və şərəfli ömür yolu sürmək tək özünün nümunəvi davranışlarınla kifayətlənmir, həm də bu istiqamətdə cəmiyyətə faydalı vətəndaş olmaqdan keçir. Vətənə, xalqa, dövlətə, torpağa sonsuz məhəbbət və sədaqət məhz onun ideyaları ilə aşılanır bizim yaddaşlarımıza. Ən çətin məqamlarda belə torpağa və dövlətə sədaqət prinsipi Ulu öndər Heydər Əliyevin biz gənclərə ən ali mirasıdır". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Ekspertin sözlərinə görə, Ümummilli Liderin builki anım günü onun ən ümdə arzusunun həyata keçməsi ilə əlamətdardır: "“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Dahi Heydər Əliyevin bu arzusunu bu gün onun siyasətinin layiqli davamçısı, Azərbaycan xalqının mərd oğlu İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” dedi. “Qarabağ Azərbaycandır!” deyərək bu məsələnin nidasını qoydu və Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Beləliklə də cənab Prezident İlham Əliyev “ata vəsiyyətini” yerinə yetirərək bütün Azərbaycan xalqını xoşbəxt etdi. Ümummilli Liderin işləyib hazırladığı əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsindən ibarətdir ki, “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyərək Azərbaycanın milli maraqlarını prioritet istiqamət kimi müəyyənləşdirən Prezident bu vəzifələri ən ali şəkildə icra edir".

Politoloq bildirib ki, Ümummilli Liderin ideyalarını əsas tutan Prezident İlham Əliyev Azərbaycanı dünyanın etibarlı tərəfdaşı, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir aktor kimi tanıtdığı üçün bu gün bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdi: "Bütün bunlarla yanaşı, Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş şəkildə təbliğ olunaraq gələcək nəsillərə ötürülməsi missiyasını bu gün Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva layiqincə icra edir, təhsili, mədəniyyəti, sosial siyasət məsələlərini fəaliyyətinin ana xətlərindən biri hesab edərək, hər bir azərbaycanlının səsinə səs verir və beləliklə də insanların həqiqi, səmimi və dərin sevgisini qazanır".

Ş.Həsənova vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğu, şəxsiyyətinin və fəaliyyətinin mahiyyətinin dərk olunması bu gün, hər keçən gün bir az daha aydın və sübut olur: "Bu səbəbdən də O, haqlı olaraq Azərbaycan xalqının Əbədiyaşar Öndəri, dünyanın isə Fenomen Siyasətçisidir! Dərin Hörmət və Ehtiramla Anırıq! Azərbaycan xalqı əmindir ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasl ilə Sizin Ruhunuz şaddır indi, Ulu Öndər!".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə