“Ulu Öndər ömrünü Azərbaycan xalqının xoşbəxt həyatına sərf etmişdir” ÖZƏL-MÜNASİBƏT
Bəşəri ideyalara sahib olan, öz xalqının taleyi, azadlığı, gələcəyi uğrunda yaşayan, yaradan, mübarizə aparan, dünyada insanlığı uca tutan insanlar əbədi həyat qazanırlar, ölmürlər. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri xüsusilə vurğulayıb ki, Ulu Öndərimiz Heydər Əliyev də əbədiyyətə qovuşan, bəşəriyyətin qəlbində əbədi həkk olunan dahilərdən, böyük şəxsiyyətlərdən, siyasi xadimlərdən biridir: “Ümummilli Liderin həyatı, onun fəaliyyəti daim Azərbaycanla, Azərbaycan xalqı ilə bir olmuş, bu böyük şəxsiyyətin qəlbi vətənlə bir döyünmüş və o öz ömrünü Azərbaycanın çiçəklənməsinə, xalqımızın xoşbəxt həyatına, güzəranına sərf etmişdir. Məhz buna görə də biz, Heydər Əliyev deyəndə xalqın nicatını, xalqın xoş günlərini, xalqın azadlığını, müstəqilliyini düşünürük. Dünən də belə idi, bu gün də belədir və gələcəkdə də belə olacaqdır. Çünki, Heydər Əliyev fəaliyyətə başladığı, Azərbaycana rəhbərlik etdiyi ötən əsrin altmışıncı illərində belə ilk gündən bu xalqın lideri olduğunu, bu xalqın xilaskarı olduğunu öz əməlləri, fəaliyyəti ilə sübut etdi. Eləcə də, müstəqilliyimiz dövründə, ötən əsrin doxsanıncı illərində Heydər Əliyev yenidən hakimiyyətə qayıtmaqla bu xalqı uçurumdan, bu xalqı faciələrdən, bu xalqı bəlalardan, bu dövləti, bu ölkəni parçalanmaqdan xilas etdi. Onun dühaları, onun ideyaları bu gün bizimlədir. Məhz bu ideyalara sahib olmağımız, məhz bu ideyaların bizim hörmətli Prezidentimiz, Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi bu günki qələbələrimizi təmin etmişdir. Çünki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə ölkədə xaos, özbaşınalıq hökm sürürdü. O, tez bir zamanda nəinki ölkədə sabitlik yaratdı, atəşkəsə əməl etməklə, Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinin, inkişafının təməlini qoydu. Bundan sonrakı dövrdə o beynəlxalq aləmə çıxışı təmin etdi, Azərbaycanın tanınmasına, Azərbaycanın qüdrətlənməsinə yollar açdı. Bu siyasət bizim hörmətli Prezidentimiz tərəfindən uğurla həyata keçirilir və biz bu qələbələrin şahidiyik. Heydər Əliyevin ən böyük arzusu Qarabağı, Qarabağ torpaqlarını azad görmək, torpaqları düşmənlərdən təmizləmək və həmin ərazilərdə insanların dinc, azad yaşamasını görmək idi. Çox şükürlər olsun ki, Cənab Prezidentimiz atasının vəsiyyətlərini bir oğul kimi, bir sərkərdə kimi, bir rəhbər kimi sədaqətlə yerinə yetirdi və özünün böyük cəsarəti, şücaəti nəticəsində, ordumuzun müzəffər yürüşü nəticəsində, xalqla Prezidentin ordunun birliyi sayəsində həmin torpaqlar işğaldan azad olundu. Bu gün Heydər Əliyevin ruhu sevinir, ruhu şaddır, Allah ona rəhmət eləsin, o dünyasını versin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB