Avropa Parlamentinin prezidenti: “Biz Dağlıq Qarabağı müstəqil ərazi kimi tanımırıq”
"Dondurulmuş münaqişələr"ərazinin inkişafını və region ölkələri arasındakı əməkdaşlığı artıq neçə illərdir ki, ləngidir. Mənim məqsədim həm də enerji təhlükəsizliyi məsələsini qaldırmaqdır ki, bu da mənim mandatımın prioritetlərindən biridir". SİA-nın məlumatına görə, bunu Avropa Parlamentinin prezidenti Yeji Buzek İrəvanda keçirdiyi mətbuat konfransında bəyan edib. O, bildirib ki, Avropa Parlamenti hər zaman dövlətlərin ərazi bütövlüyündən bəhs edir: "Biz Dağlıq Qarabağı müstəqil ərazi kimi tanımırıq". Eyni zamanda Yeji Buzek insanların dinc mövcudluq və inkişaf hüququnun vacibliyini də vurğulayıb. "Ən dəyərli şey insan həyatıdır. Biz münaqişənin həll olunmamasına baxmayaraq bu insanlara humanitar yardım göstərməliyik. Dostluq əlini uzatmaq daha yaxşıdır, döyüşmək yox".
Buzek bildirib ki, demokratiyanın irəliləməsi, insan hüquqlarının əhatə olunması, qanunun aliliyinin möhkəmləndirilməsi, sabitliyin artırılması və rifahın yüksəlməsi hamının, Avropa İttifaqı və onun Şərq tərəfdaşlarının tərəfdaşlığı üçün bir tapşırıqdır: "Hər hansı qalmış bölücü sərhədləri aradan qaldırmaq üçün Şərq Tərəfdaşlığını qurduq. Qalan son divarları da dağıtmaq, xalqlarımız arasında əməkdaşlığa yol açmaq üçün bu, əsl cəhddir. Öz qonşularımıza daha yaxın olmaqla qlobal səhnədə birlikdə biz daha da güclü oluruq. Bu səfərlə bağlı ismarıcım Avropa qitəsində, bizim birgə evimizdə öhdəliklərin götürülməsi, qarşılıqlı şəkildə faydalı olan həll yollarının araşdırılması, təhlükəsizlik və sabitlik məkanının genişlənməsi və möhkəmləndirilməsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB