Ermənistanda etirazçılara güc tətbiqi GÖRÜNTÜLƏRDƏ

Ermənistanda etirazçılara güc tətbiqi GÖRÜNTÜLƏRDƏ

Hal-hazırda İrəvanda mitinqlər davam edir və şəhərin küçələrində gərginlik hökm sürür. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumatlara və nümayiş etdirilən foto görüntülərə istinadən xəbər verir ki, Ermənistan paytaxtında etirazçılara qarşı güc tətbiq edilir.

“Birlikdə vətənimizi xilas edə bilərik”, şuarı altında keçirilən hərəkatın ssenari müəllifi İşxan Saghatelyandır. Diqqətə çatdıraq ki, bu yürüşü ermənilər "Ləyaqət yürüşü" adlandırıb və yürüş paytaxtın müxtəlif küçə və prospektlərini əhatə edib.

Qeyd edək ki, "Ləyaqət yürüşü" zamanı polis məmurları vətəndaşlara güc tətbiq edərək onları saxlayıblar.
SİA yürüşdən çəkilən foto görüntüləri təqdim edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə