Ermənistan Hökuməti binasına girdiyi zaman müxalifətçilər Paşinyanı hədəfə alıb və ona yumurta atıblar. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Daşnaqsütyun” partiyasının “Nikol Ağbalyan” tələbə birliyinin Facebook səhifəsində yayılan mesajda deyilir.
Məlumatda qeyd olunur ki, 10 dekabr səhər saatlarında “Daşnaksütyun” partiyasının “Nikol Ağbalyan” tələbə birliyinin bir qrup üzvü Nikol Paşinyanı Ermənistan Hökümətinin binasına daxil olarkən yumurta atəşi ilə və hiddətli qışqırıqlarla qarşılayıb.
“Nikol Paşinyan hər addımda onunla qarşılaşacağıməzə və xain kimi mahiyyətini xatırlatacağımızı yaxşı bilməlidir. Xainə yer yoxdur. Xain, rədd ol! Hamımız kabinet binasına toplaşırıq və xainin istefası tələbini davam etdiririk", deyə mesajda bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB