Müxalifət qanunla icazə verilən etiraz aksiyalarını davam etdirəcək. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” fraksiyasından millət vəkili Naira Zohrabyan çərşənbə günü parlament dinləməsində deyib.
Zohrabyanın qeyd etdiyi kimi, mövcud hökumət vətəndaşlarının mənafeyini qorumaqda tamamilə acizdir. Onun sözlərinə görə, heç bir dövlət orqanı məhbus mübadiləsinə dair danışıqlarda iştirak etmir.
"Nələrin baş verdiyini anlamaq üçün rus sülhməramlıları ilə əlaqə qurmalıyıq", deyə millət vəkili təkliflə çıxış edib.
Millət vəkilinin dediyinə görə, Paşinyanı çox yaxşı tanıyır. O, qeyd edib ki, təxminən 20 il əvvəl, o zaman Zohrabyan jurnalist olarkən, Paşinyanın da “Haykakan Jamanak” qəzetində işləyirdi. Ona görə də öz xoşu ilə, könüllü şəkildə vəzifəsindən ayrılmayacağına əminliyini ifadə edib.
Eyni zamanda, millət vəkilinin qeyd etdiyi kimi, baş nazir istefa etməzsə, müxalifət qanunla icazə verilən bütün etiraz vasitələrindən istifadə edəcək.
Xatırladaq ki, müxalifət partiyaları Yerevanda 10 noyabrdan bəri Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən Qarabağla bağlı üçtərəfli bir bəyanat imzalanmasına cavab olaraq mitinqlər keçirirlər. Qeyd edək ki, bu mitinqlər xalqın narazılığının, etirazlarının ifadəsidir və Paşinyandan istefa tələbi ilə müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB