Rusiyalı iqtisadçı Qarabağın gələcək potensialından danışdı ANALİTİK

Rusiyalı iqtisadçı Qarabağın gələcək potensialından danışdı ANALİTİK

Aleksandr Karavayev: “Bərpa prosesinin iqtisadi fəaliyyəti Azərbaycan üçün böyük əhatəli xarakter daşıyacaq”

“Rusiya və Türkiyə Dağlıq Qarabağ üçün iki əsas cazibə nüvəsidir, bu ölkələrin bölgənin bərpası layihələrində iştirakları canlanma prosesinin ən vacib elementlərindən biridir”. SİA xəbər verir ki, bu barədə vesti-yə rusiyalı ekspert, Rusiya Elmlər Akademiyasının İqtisasiyyat institunun elmi mütəxəssisi Aleksandr Karavayev 44 günlük müharibənin nəticələrinə görə Azərbaycanın, Türkiyənin və Rusiyanın marşrutların və sərhədlərin blokadadan çıxarılması prosesindəki rollarını şərh edərkən deyib.

Onun sözlərinə görə, regionun canlanması prosesi müharibənin nəticələrinə görə çoxplanlı, mərhələli olmaqla yanaşı, qısa zamanlıq deyil və müəyyən vaxt tələb edir.

“Artımın birinci və əsas nöqtəsi əsasən Dağlıq Qarabağ regionu və Azərbaycan ərazilərinə aid olan bütün geri qaytarılmış torpaqlardır – Kəlbəcər, Laçınn, Yuxarı Qarabağ və s. Onları əlbəttə ki, sovetlər zamanının konfiqurasiyası kimi rayonlara bölmək olar, ancaq yeni iqtisadi regionlar kimi də danışmaq mümkündür. Bərpa prosesinin iqtisadi fəaliyyəti Azərbaycan üçün böyük əhatəli xarakter daşıyacaq. Bu, ilk öncə iqtisadiyyatın iki sektoruna aiddir – nəqliyyat və inşaat”, deyə Karavayev bildirib.

“Görüləcək işlərin nə qədər nəhəng olacağını bəlli etmək mümkündür”

Ekspert vurğulayıb ki, xatırlanan sferalar iqtisadiyyatın kifayət qədər mühüm fraqmentləridir.

“Əgər nəqliyyat sferasından danışarsaq, bu zaman söhbət yolların bərpasından, əhəmiyyətli magistralların tikintisindən gedir və bütün bunlar özü-özlüyündə kapital yatırımları hesab olunur. Bundan əlavə,yanacaqdoldurma, avtoservislər, müvadiq xidmət sferaları, avtonəqliyyat müəssisələri yaradılacaq ki, onlar yollar boyunca fəaliyyətdə olacaqlar – kafelərdən, mini otellərdən, üstəgəl kommunal işləri ki, onlar həmin yollarda xidmət göstərəcəklər. Hətta bu istiqamətdən yanaşıldıqda aparılacaq və görüləcək işlərin nə qədər nəhəng olacağını bəlli etmək mümkündür”, iqtisadçı ekspert deyib.

Onun sözlərinə gərə, bunlar perspektivdə Azərbaycanın ÜDM-dəki nəqliyyat payını 8-9% artıracaq. “Mümkündür ki, tikintilər 20-ci illərin ortalarında iqtisadiyyatın ciddi seqmentinə çevriləcək”, karavayev əlavə edib.

“Azərbaycan üçün regionda nəqliyyat xəttini yaratmaq mühümdür”

Ekspert təxmin edib ki, Dağlıq Qarabağ ətrafındaı göstərilən diqqət Azərbaycanın tikinti sferasına yeni effekt veriləcək: “Bu, şəhər tipli qəsəbələrin, kiçik kəndlərin bərpası, aqrosənaye obyekt komplekslərinin tikintisi olacaq. Burada xarici investisiyaların yatırlması marağının da olacağını demək mümkündür”.

O, bununla yanaşı, Azərbaycanın tikinti materialları istehsalına və s. müvafiq xammallara malik olduğunu da xatırladıb.

Karavayev qeyd edib ki, Azərbaycan üçün regionda nəqliyyat xəttini yaratmaq mühümdür, lakin bunun üçün də müəyyən yatırımlar lazımdır.

“Əsas məqsədlərdən biri Rusiya ilə Azərbaycanın qarşılıqlı əməkdaşlığı ilə Ermənistan sərhədi boyunca Naxçıvana dəmir yolunun açılmasıdır”, deyən rusiyalı ekspert xatırladıb ki, Cənub-Qafqaz dəmir yolları Rusiyaya aiddir və eyni zamanda ermənilərin dəmir yollarının infrastrukturlarına sahiblik edir.

O, ehtimal edib ki, sözügedən magistral Xəzər dənizi boyunca Rusiyanı Azərbaycan vasitəsi ilə İranla birləşdirən beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizinə alternativ ola bilər: “İş bundadır ki, bu yol keçmiş SSRİ sərhədlərinin tərkibində idi və hazırda Azərbaycan-İran və Ermənistan-İran sərhədləri ilə yanaşı, Culfa və Naxçıvan üçün yeganə fəaliyyət göstrən yoldur, eləcə də Rusiyadan Fars körfəzinə çıxan qatarlar oradan keçirdi. Məhz bu köhnə sovet yolu xarici bazarlara məhsulların çıxarılması üçün Qarabağın əsas arterilayarından birinə çevirlə bilər”.

Rusiyanın və Türkiyənin ticarət əlaqələrinə gəlincə o bildirib ki, marşrutun əsas inkişafı kömür və taxıl olacaq: “Hazırda Rusiyanın Türkiyəni kömürlə təminatı 2020-ci ilin göstəricilərinə görə 14 milyon tondur. Bütün bu yüklər əsasən Qara dənizin Taman kömür terminalı limanından çatdırılır. Azərbaycan üzərindən yersütü kanalların istifadəyə verilməsi üçün Türkiyənin Qars yaxınlığındakı infrastrukturundan istifadə etmək olar”.

Qarabağda texnoparkların inkişafı üçün əsasən xüsusi iqtisadi zonalar yaratmaq olar

İqtisadçı ekspert rus idxalının xarici bazarlara çıxarılmasının da Azərbaycan üzərindən həyata keçirə biləcəyini bildirib. Belə ki, Rusiya limanları idxalın sayı artanda bu axınla bacara bilmir.

“Region ölköələri arasında uzunmüddətli iqtisadi perspektiv inkişafından danışarkən, əsasən də Cənubi Qafqazda hazır məhsulların istehsalını yaratmaq olar”, deyən Karavayev əlavə edib ki, Qarabağda texnoparkların inkişafı üçün əsasən xüsusi iqtisadi zonalar yaratmaq olar və burada aqrar müəssisələr, tikinti məhsullarının hazırlanması strukturları da hazırlamaq mümkündür. Həmçinin, regionda uzun illər istehsal olunmuş pambıq, ipək məhsullarını da bərpa etmək mümkündür.

Regionun energetika inkişafına gəlincə Karavayev qeyd edib ki, sənaye potensialının bərpası Dağlıq Qarabağda yeni güc tələb edir.

“Yerli hidroenerji sahəsinin bərpası çox mühümdür, bu yaşıl iqtisadiyyat və inkişaf edən dünya baxımından kifayət qədər perspektivli və əhəmiyyətlidir, ancaq bunu da Dünya bankından, Avropa inkişaf bankından xarici investisiyalarla əldə etmək olar”, Karavayev bildirib.

“Regiondakı əraziləri böyük şəhərlər miqyasına qədər qaldırmaq lazımdır”

Rusiya eksperti həmçinin Rusiyanın, Azərbaycanın və İranın vahid enerji körpüsünün yaradılmasında maraqlı olduqlarını xatırladıb və bildirib ki, Ermənistan və Türkiyə də bu enerji dairəsinə daxil ola biləcəklər, daha sonra isə digər maraqlı layihələr yarana bilər.

Onun sözlərinə görə, Azərbaycan qarşısında işğaldan azad olunmuş ərazilərə qaçqın və məcburi köçkünlərin qaytarılması, insanların regionun bərpası, inkişaf üçün işlərə cəlb edilməsi, iqtisadi səviyyənin artırılması məsələsi də dayanır. Eyni zamanda, fəal sahibkarların da regiona cəlb edilmələri əhəmiyyətli məsələdir.

“Layihələrə maraqlı ideyalar verən insanları cəlb etmək, regiondakı əraziləri böyük şəhərlər miqyasına qədər qaldırmaq lazımdır. Bütün bunların təməlində investisiyalar, xəstəxanaların, uşaq bağçalarının, məktəblərin, turizm sektorunun tikintiləri dayanır. Həmçinin, komunal xidmətlərə aid olan su boruları, qaz kəmərləri, elektkrik naqilləri hər nöqtədə yenilənməli, həmçinin kiçik sahibkarlıqlara da yer verilməlidir”, deyə qeyd edən rusilalı ekspert sonda bildirib ki, ən əsas məsələlərdən biri turizmdir.

“Turistləri cəlb etmək, digər xarici ölkələri necə səfərlər edirlərsə, onları buraya da eyni səfər etmələri üçün regionda turizm xidmətinə də geniş imkanlarla yanaşmaq lazımdır”, deyə Karavayev sonda bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə