Paşinyan komanda üzvlərini status yazmağa məcbur edir "Hraparak" qəzeti yazır
Paşinyan hər gün öz komanda üzvlərini bezdirir, öz müdafiəsi üçün onları status yazmağa məcbur edir sosial şəbəkə hesablarında. SİA xəbər verir ki, bu barədə "Hraparak"qəzeti öz mənbələrinə istinadən yazır.
Nəşr öz mənbələrinə istinadən yazır ki, bu ölkədə Nikol Paşinyanın özü tərəfindən istifadə olunan kütlə vətəndaş itaətsizliyi aksiyasına başlayıb, ölkənin müxtəlif yerlərində küçələr bağlanıb, inzibati binaların qarşısında mitinqlər keçirilməkdə davam edir və hakimiyət də bu aksiyaları, etirazları boğmağa çalışır.
“Qəzetin mənbələrinə görə, hərəkatların boğulması davam etdiriləcək və Nikol Paşinyan könüllü olaraq istefa etmək fikrində də deyil. Üstəlik, o hər gün komandasının üzvlərini bezdirir və məcbur edir ki, onlar baş nazirin müdafiəsi üçün status yazsınlar.
Bu günlərdə “danışmağa” çalışan hər kəs, Lena Nazaryan, Eduard Aqacanyan, Ovannes İqityan, Ovik Aqazaryan qəzəbli insanların, kütlənin hədəfinə çevrilib”, deyə qəzet yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB