Əli Əhmədov: ““Eurovision-2011” müsabiqəsindəki qələbə Azərbaycanın yüksəlişinin təcəssümüdür”
"Eurovision-2011" musiqi yarışmasındakı qələbə Azərbaycanda bütün sahələrdə müşahidə olunan nailiyyətlərin, yüksəlişin təcəssümü və ifadəsidir. SİA-nın verdiyi məlumata görə, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, deputat Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Ə.Əhmədovun fikrincə, bu qələbə Azərbaycan mədəniyyəti ilə yanaşı, ölkə
reallıqlarını bütün dünyaya çox gözəl şəkildə nümayiş etdirə bilib. Gələn il
Bakıda keçiriləcək növbəti müsabiqədə bir daha Azərbaycan gerçəkliklərinin
dünyaya təqdim olunması üçün şərait olacaqdır.
YAP funksioneri deyib: "Bu qələbə Azərbaycan ifaçılarının professionallığının
sübutudur. Bəzi hallarda Azərbaycana qarşı ikili standartlar mövqeyindən
yanaşmalar olur. Biz bu ikili yanaşmalar mövqeyini qəbul etmirik. Azərbaycanın
Avropa müsabiqəsində qalib gəlməsi bir reallığı açıq şəkildə göstərdi ki,
Qərbin sadə insanları özlərinin bəzi siyasətçilərindən fərqli olaraq daha
ədalətli, daha obyektivdirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB