Azay Quliyev ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə gələcək əməkdaşlıq məsələlərini müzakirə edib

Azay Quliyev ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə gələcək əməkdaşlıq məsələlərini müzakirə edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiyasının yeni direktoru Maykl Qrinlə görüşüb.

SİA-nın xəbərinə görə, Şuranın ofisində keçən görüşdə hər iki qurumun gələcək əməkdaşlıq məsələləri müzakirə edildi. Cənab M. Qrin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyət planları haqqında danışaraq, yaxın zamanlarda rəhbərlik etdiyi missiya tərəfindən Azərbaycanda icrasına başlanılacaq "Sosial-iqtisadi inkişafa dəstək layihəsi" çərçivəsində Şura ilə əməkdaşlıq üçün təkliflərin hazırlanması təşəbbüsü ilə çıxış etdi.

Azay Quliyev Şuranın fəaliyyəti haqqında qonağı məlumatlandıraraq, QHT-lərə dövlət dəstəyinin istiqamətləri və prinsipləri haqqında danışdı. A.Quliyev, həmçinin ötən illər ərzində Şuranın bir sıra beynəlxalq təşkilatlar, fondlar və biznes qurumları ilə birgə maliyyələşdirmə proqramları həyata keçirdiyini bildirdi. Şura sədri ölkədə vətəndaş cəmiyyətinin inkişafına yardım edən beynəlxalq təşkilatlarla əməkdaşlığa bundan sonra daxüsusi önəm veriləcəyini diqqətə çatdırdı.

Görüşdə QHT sektoru ilə bağlı qonaqları maraqlandıran suallar cavablandırıldı.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com