"Hüquq-mühafizə orqanlarını ictimai asayişi qorumağa və məğlub olan hakimiyyətin əlində siyasi bir alətə çevrilməməyə çağırıram." SİA Ermənistanda xəbər verir ki, bu sözləri “Vətənin Qurtuluşu” Hərəkatından baş nazirliyə namizəd Vazgen Manukyan öz açıqlamasında deyib.
Manukyan öz həmvətənlərinə müraciət də ünvanlayıb.
“Əziz həmvətənlər! Hərəkatımız sürətlənir. Hər gün yeni insanlar, qruplar və strukturlar bizə qoşulur. Yerevanda və bölgələrdə ölkəmizin gələcəyindən narahat olan minlərlə gənc və vətəndaş təhlükəsizliyimiz, ləyaqətimiz və sabahımız üçün ləyaqətlə mübarizə aparır.
Bu, dar bir siyasi hərəkat deyil. Bu, yalnız hakimiyyət dəyişikliyi üçün bir hərəkat deyil. Bu, ilk növbədə ləyaqət hərəkatıdir. Məğlubiyyət damğasını yumaq üçün çox bu çox vacibdir. Bu rejimin lideri ilə birlikdə getməsinin əlavə izahata da ehtiyacı yoxdur, çünki ermənilərin bu biabırçı məğlubiyyətindən sonra başqa cür ola da bilməz. Xalqın köməyi ilə yeni bir milli razılaşma hökuməti quracağıq, özümüzü təcili problemlərin həllinə həsr edəcəyik və yeni seçkilər hazırlayacağıq.
Mövcud vəziyyətdə parlament üçün sabitləşdirici rola sahib olmağı vacib hesab edirəm. Şok yaşamaq istəmirik, ictimai həmrəyliyə ehtiyacımız var. Nifrət və kin mühiti keçmişdə qalmalıdır. Hüquq-mühafizə orqanlarını ictimai asayişi mühafizə etməyə və məğlub olan hakimiyyətin əlində siyasi bir alətə çevrilməməyə çağırıram. Gəlin birlikdə ölkəmizin dirçəlişində iştirak edək", deyə Ermənistanın baş naziri postuna müxalifətin namizədi Vazgen Manukyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB