"Paşinyanın gedəcəyi bəllidir, o rəhbərlik edə bilməz" Artur Vanetsyan

"Paşinyanın gedəcəyi bəllidir, o rəhbərlik edə bilməz" Artur Vanetsyan

"Nikol Paşinyan hər gün vəzifəsindədir, iqtisadiyyatımız isə gəlirlərini itirir." SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu “Kentina” telekanalında yayımlanan “İmpuls” verilişində “Rodina” partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan söyləyib.

“Nikol Paşinyanın istefasını tələb edirik. Nikol Paşinyanın gedəcəyi bəllidir. Nikol Paşinyanın hakimiyyətdə qalması qeyri-mümkündür. 10 gün əvvəl bu qərarı versəydi, bu gün sərhəd bölgəsi Vardenisdə olmazdı, Ermənistanın təhlükəsizliyi təhdid altında olmazdı, Dadivank monastırı azərbaycanlıların nəzarəti altında olmazdı”, deyə Vansyan fikirlərini gizlətməyib.

Artur Vanesyan Paşinyanın istefa etmək istəməməsinin ölkə iqtisadiyyatına ciddi ziyan vurduğuna inandığını bəyan edib.

“Artıq mitinqdə demişdim ki, Nikol Paşinyan hər gün vəzifəsindədir, iqtisadiyyatımız isə gəlirlərini itirir, nəticədə vətəndaşlar daha da kasıblaşır. Nikol Paşinyanın hər gün hakimiyyətdə olması onun Ermənistandan oğurladığı deməkdir. Bir qərar verməlidir. Hər şeydən asılı olmayaraq Nikol Paşinyanın getməsi üçün hər şeyi edəcəyik. Ancaq kreslosundan yapışmağa çalışması böyük bir problem yaradır.

Biz sona qədər mübarizə aparacağıq. Nikol Paşinyan artıq Ermənistanın baş naziri ola bilməz. Müharibədən əvvəl onunla siyasi bir müzakirə apara bilərdik, ancaq müharibədən sonra vəzifəsində qalması üçün onun nə mənəvi, nə də hüquqi əsası var. Ermənistan Respublikası və erməni xalqı məğlub bir liderə sahib ola bilməz", deyə “Rodina” partiyasının sədri açıqlayıb.

Artur Vanesyana görə, ən böyük problem Nikol Paşinyanın qərar qəbul edə bilməməsidir.

“Xüsusilə, yüksək səviyyəli bir məmurun bir vəzifəsi var, müxtəlif mənbələrdən məlumat əldə etmək, təhlil etmək və dəqiq bir qərar vermək. Müharibə 27 sentyabrda başladı. 27 sentyabrdan bir neçə gün sonra Baş Qərargah rəisi Nikol Paşinyana müqavimət göstərməyə hazır olmadığımızı, bu müharibəni uduzacağımızı və bunun tez bir zamanda dayandırılmalı olduğunu bildirdi. Nikol Paşinyan isə qərar vermədi. O gün bir qərar versəydi, bəzi ərazilərimizi itirərdik, ancaq itki demək olar ki olmazdı”, deyə Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru bildirib.

O, xatırladıb ki, Nikol Paşinyan qərar verməyib və nəticədə ölü, itkin düşən hərbçilərin sayı həddindən artıqdır və ölkə iqtisadiyyatı da sıfır səviyyəsindədir. Keçmiş sədr onu da diqqətə çatdırıb ki, bu adam qərar verə bilməz və dövlət adamına məxsus olan bacarıq və imkanlara sahib deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə