Gəncə şəhəri qazsız qalıb

Artıq ikinci gündür ki, Gəncə şəhərinə verilən mavi yanacaq dayandırılıb. Bu daəhalinin narazılığınasəbəb olub.

Məsələyə münasibət bildirən Gəncə Qaz İstismar İdarəsinin baş mühəndisi Şubay Nəsibov SİA-nın bölgə müxbirinə məlumat veribki, mavi yanacağın kəsilməsinə səbəb qaz təchizatının yenilənməsidir.

"Gəncə şəhərinin qaz təchizatı yenilənir. Borular yerin altına salınır. Aparılan işlər çərçivəsində əhaliyə verilən mavi yanacaq yenidən bərpa ediləcək. Hələlik işlərin nə zaman yekunlaşacağını demək çətindir.

Hazırda 7 min metr poletilen boru çəkilib. İşlər sürətlə aparılır", Ş.Nəsibov deyib.


İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə