Prezident İlham Əliyev Avstriyanın OMV şirkəti idarə heyətinin sədrini qəbul edib

Prezident İlham Əliyev Avstriyanın OMV şirkəti idarə heyətinin sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissi qəbul edib.

SİA-nın xəbərinə görə, OMV şirkəti idarə heyətinin sədri Gerhard Roiss Avstriya Prezidenti Haynts Fişerin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə neft və qazın hasilatı, nəqli, Avropada marketinqi və satışı sahəsində mümkün əməkdaşlıq, "Nabukko" layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Avstriya Prezidenti Haynts Fişerin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avstriya dövlətinin başçısına çatdırmağı xahiş etdi.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com