Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan baş nazir Paşinyan və onun yerinə göz dikən Manukyana qan tökülməsinin təhlükəsi barədə xəbərdarlıq edib. SİA Ermənistana məxsus armeniasputnik.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Levon Ter-Petrosyana görə, baş nazirin, eləcə də rəqiblərinin hərəkətləri və ritorikası daxili qarşıdurmalara gətirib çıxarır.
Məlumatda bildirilir ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan müxalifətin baş nazirliyə namizədi Vazgen Manukyanın mitinqdəki çıxışındakı bəzi məqamları şərh edib.
Qeyd edək ki, sonuncu, xüsusilə, "baş nazir Nikol Paşinyanın istefası nə qədər tez olarsa, onun özü üçün daha yaxşı olacağ"ını bildirib və qeyd edib ki, müxalifət hərəkatı qalib gəlməzsə, qəzəbli insanlar Paşinyanı sadəcə parçalayacaq. Ter-Petrosyana görə isə, müxalif siyasətçinin ağzından çıxan bu ifadə son dərəcə təhlükəlidir, hansı ki, şiddət və vətəndaş müharibəsi üçün zəmin yaradır.
"Bunlar sadəcə sözlər olsaydı, narahatlıq üçün çox az səbəb ola bilərdi. Ancaq Manukyanın minlərlə tərəfdarları olan izdihamın baş nazir iqamətgahını əhatə etməsi şiddətə açıq bir hazırlıqdan başqa bir şey deyil", deyə Ter-Petrosyan, “İlur.am” saytında verdiyi açıqlamada diqqətə çatdırıb.
O, baş nazirin tutduğu mövqeyi heç də az təhlükəli hesab etmir və hesab edir ki, Paşinyanın da ritorikası və davranışı onun vəzifəsindən ayrılmaq istəməməsini və qarşıdurmaya hazır olduğunu göstərir. Ter-Petrosyana görə, hər iki tərəf inadında qərarlı olarsa, münaqişə qaçılmazdır.
Ermənistanın birinci prezidentinə görə, həm Paşinyan, həm də Manukyan ağıllarına görə deyil, təbiətinə, macəraçı meyllərinə və sona çatmaq üçün bir maniyaya görə eyin tərzdədirlər.
“1996-cı ildə Manukyan, 2018-ci ildə Paşinyan olmaqla hər ikisinin də, parlamentə "basqın" etmək təcrübəsi genişdir. Ancaq 2018-ci ildə Ermənistan hakimiyyəti Paşinyana postu tapşırmışdısa, bu gün mövcud baş nazirin bənzər bir addım atmağa ən kiçik bir hazırlıq göstərməməsi açıq-aşkar görünür”, deyə eks-prezident bildirib.
Xatırladaq ki, Paşinyanın özü də getməli olduğuna əmindir. Ancaq o millət daxilində qarşıdurmalar, vətəndaş müharibəsi yolu ilə deyil, konstitusiya mexanizmləri çərçivəsində getsə erməni cəmiyyətinə də, özünə də yaxşı olar. Təsadüfi deyil ki, keçmiş dövlət başçısı xalqı hakimiyyət və ya müxalifətin başlatdığı təxribatların iştirakçısı olmamağa çağırır. Çünki, fərqindədir ki, bu işğalçı ölkə vətəndaş müharibəsi astanasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB