Klinton Nalbandyanla görüşəcək

Klinton Nalbandyanla görüşəcək

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan mayın 18-də ABŞ-a işgüzar səfər edəcək. SİA-nın "ArmToday"a istinadən verdiyi xəbərə görə, səfər zamanı erməni nazirin ABŞ dövlət katibi Hillari Klinton və digər yüksək vəzifəli şəxslərlə görüşü planlaşdırılıb.

Ermənistanın XİN rəhbəri səfər zamanı "Brukinqs" siyasi mərkəzində çıxış da edəcək. Nalbandyanın həmçinin ABŞ-ın erməni təşkilatlarının nümayəndələri ilə görüşü nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə