"Nikolun xalqına zərrə qədər hörməti varsa, rədd olsun" Robert Koçaryan

Baş nazir Nikol Paşinyanın siması Ermənistanın Qarabağ müharibəsində biabırçı məğlubiyyətini simvolizə edir. SİA Ermənistana məxsus armenianreoport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın eks-prezidenti Robert Koçaryan 5-ci kanala müsahibəsində deyib.

“Kapitulyasiyanı imzalayan hakimiyyət xalq adına, xalqa görə dəyişdirilməlidir. Paşinyan hər canlı yayımında, hər ekranda görünüşündə göstərir ki, biz uduzmuş xalqıq”, deyə eks-prezident bildirib.
Onun sözlərinə görə, xalqı ən azından rüsvayçılıqdan, xəcalətdən xilas etmək üçün Nikol Paşinyan getməlidir ki, erməni xalqı özünü sön dərəcə uduzmuş hesab etməsin.
“Onsuz da başqa cür ola da bilməz. Nikolun sifətində məğlubiyyət, ağrı tam ifadə olunur. Biz isə hər gün bu məğlubiyyəti, bu ağrını duymaq məcburiyyətindəyik? Əgər Nikolun öz xalqına zərrə qədər hörməti varsa, rədd olsun. Əgər özünün və ailənin təhlükəsizliyindən qorxursa, bu da təmin olunacaq”, deyə Koçaryan bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə