Sankt-Peterburqun qanunverici məclisinin deputatları Federasiya Şurasının spikeri Sergey Mironovun parlamentin yuxarı palatasından geri çağrılması haqqında qərar qəbul ediblər. SİA-nın \"RİA Novosti\"yə istinadən verdiyi xəbərə görə, Mironovun senator səlahiyyətlərinin vaxtından əvvəl başa çatmasına 43 deputat lehinə, 5 deputat isə əleyhinə səs verib.
Sergey Mironovun Federasiya Şurasından geri çağrılması üçün ən azı 26 deputat səs verməli idi. Hazırda Sergey Mironov nəinki senator mandatından, hətta "dövlətdə üçüncü şəxs" vəzifəsindən də məhrum olub.
Etibarlı mənbədən verilən xəbərə görə, Mironovu onun köməkçisi Aleksandr Torşin əvəz edəcək. Bəzi ekseprtlər Mironovun getməsini siyasi sifariş adlandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB