Ara, Ayvazyan, get təzədən gəl..! HİDDƏT

Və ya Ermənistanın yeni XİN rəhbərinin köhnəlmiş sərsəmləmələri

Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli bəyannamədən sonra 44 günlük müharibəyə son qoyuldu və atəşkəs əldə edildi. Bizim üçün - Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsi kimi tariximizə yazılan zəfər yürüşümüz 30 il işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticəsini tapdı. Məhz bundan sonrakı müəyyən proseslərin diplomatiya xarakterinə keçid alması qarşıda dayanan digər məqsədlərimizi reallaşdırmağa imkanlar yaradır.

Lakin bütün bunlara baxmayaraq, yəni ermənilərin aldıqları sarsıdıcı, rüsvayçı kapitulyasiya aktına imza atmalarına rəğmən, onların hələ də köhnə havaları ilə oynamaları, sözün əsl mənasında, könül bulandırır. Daha dəqiq desək, üstünlük və söz qalib tərəfdə olur və bu, yazılmamış, yaxud yazılmış qanunlarda da öz əksini tapır. Bu qanunlarda məğlubun qalibin şərtlərini icra etməkdən də başqa yolu qalmır. Amma nəzərə alarsaq ki, bizim düşmənlərimiz ermənilərdir və onlarda gerçək insana aid ola biləcək şərəf, ləyaqət, mənəviyyat deyilən heç nə yoxdursa, demək ki, belə bir mənfur düşmənə daha ağır cavabın verilməsi (istər diplomatiyada, istərsə də cəbhədə) haqqı yenə də bizdə - Azərbaycan dövlətində və xalqında qalır!

Ayvazyan münaqişənin bitmədiyini deməklə müharibə istəyir?

Məsələ ondadır ki, Ermənistanın yeni təyin olunmuş xarici işlər naziri Ara Ayvazyan erməni KİV-nə verdiyi müsahibəsində irəli sürdüyü sərsəm fikir və bəyanları ilə yenidən müharibənin alovlanmasına yönələ biləcək addıma gedib. SİA xəbər verir ki, “Armenpress”ə müsahibəsində sözügedən bəyannamə ətrafında var-gəl edən Ayvazyan Azərbaycan rəhbərliyinin guya imzalanmış sənədin mahiyyətini sona qədər anlamadığını öz axmaq fikirləri ilə şərh edib. O, hətta bir az da irəliyə gedərək, Qarabağ münaqişəsinin birdəfəlik həll olunmamasına qondarma “əsas” da gətirib. Sən demə, “artsaxın” (?!) statusunun müəyyən olunmayacağı halda münaqişə qalmaqda davam edirmiş və s. Bu zaman sual yaranır: onda Ermənistanın baş naziri Nikol Paşinyan nəyə görə həmin sənədi müdafiə nazirliyinin bunkerindəki ayaq yolunda imzaladı? Nəyə görə o atəşin dayandırılması və qarşıya qoyulan tələblərə riayət ediləcəyi ilə bağlı sənədin qüvvəyə minməsinə razı oldu? Məgər Azərbaycanın müzəffər Ordusu Şuşanı azad etdikdən sonra, yəni Xankəndinin astanasında dayananda, hətta şəhərin bəzi giriş nöqtələrinə nəzarəti ələ keçirəndə İrəvana qaçmış “artsax” rəhbərliyi, sözün əsl mənasında, tualet qarşısında növbəyə düzülməmişdilərmi?! Onların bədnam Araik Arutunyanı Ermənistanın baş nazirindən dərhal hərbi əməliyyatların dayandırılmasını istəməmişdimi?! İndi nə oldu, yenidən münaqişənin həll olunmadığını deməklə müharibəmi istəyirlər?! Əgər elədirsə, bu zaman indidən özlərinin ölüm fərmanlarına imza atsınlar!

Bəs ATƏT-in Minsk qrupu 30 il harada idi?!

Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında status məsələsinin mövcud olmadığını bəyan edib və növbəti proseslərin gedişini də şərh edərək, bölgədə sülhün bərqərar olması üçün bütün müvafiq addımların atılacağını da vurğulayıb. Söz yox ki, bu məsələ imzalanmış üçtərəfli bəyannamədə də öz əksini tapıb və bütün bunlardan sonra erməni XİN rəhbərinin bu qədər sərsəmcəsinə fikirlər irəli sürməsi çox yəqin ki, onun və onun baş nazirinin bir yerlərini qaşındırır...

Bu gün ATƏT-in Minsk qrupunun “statusun” müəyyənləşməsi üçün növbəti danışıqlar prosesinə razı olduğunu həyasızcasına bəyan edən Ara Ayvazyan nəyə görə 30 il boyunca bu qurumun heç nə edə bilmədiyini də etiraf etmir? Harada idi bu illər boyu həmin qurumun başbilənləri? Yaxud, Minsk qrupunun həmsədr ölkəsi olmasına rəğmən, Fransamı Qarabağdakı “statusu” müəyyən edəcək? Çaşmasınlar, çünki fransız xarici siyasətinin son vaxtlar, elə 30 il (!!!) Azərbaycana qarşı nə qədər “ədalətli mövqe” sərgilədiklərini də unutmamışıq!

Artıq Azərbaycan üçün bu “qrupun” heç bir əhəmiyyəti yoxdur, çünki dövlət və xalq olaraq bizlər BMT-nin dörd qətnaməsini icra etmişik. Bununla razı olmayanlar isə dövlət başçımızın vurğuladığı kimi, burunlarını onlara aid olmayan işlərə qatmasınlar!

Bədbəxt və Allahın xoşu gəlməyən “millət”...

Beləliklə, Ara Ayvazyan bəyan edib ki, Qarabağ münaqişəsi “artsaxın” satusunun müəyyən olunmayacağı vaxta qədər həll olunmamış qalacaq – yəni onlar yenidən, açıq-aşkar müharibə istəyirlər və bu vasitə ilə əslində erməni xalqının da, Ermənistanın da xəritədən silinməsinə şərait yaratmış olurlar. Halbuki..!

Halbuki, Azərbaycan Prezidenti Qarabağda yaşayan ermənilərə yaşamaları üçün bütün yüksək şəraitlərin, imkanların veriləcəyini vurğulayıb. Hətta elə bir şəraitin ki, onlar Azərbaycan vətəndaşları olaraq Ermənistan vətəndaşlarından qat-qat yaxşı yaşayacaqlar. Amma göründüyü kimi, erməni xəbisliyi, erməni şərəfsizliyi və erməni sərsəmliyi bütün bu kimi vədləri qəbul etməyə imkan vermir. Bunda isə günahı Azərbaycanda deyil, məhz və məhz ermənilərin özlərinə axtarmaq lazımdır. Azərbaycana gəldikdə isə, 30 il boyunca doğma yurd-yuvalarından didərgin düşmüş insanlarımız öz evlərinə-ocaqlarına geri dönəcəklər. O yerlərə ki, məhz ermənilər ötən müddət ərzində dağıdıblar, talan ediblər, viranəliyə çeviriblər.

Bu gün Ermənistan rəhbərliyi qarşılarına qoyulacaq milyardlarla dollar təzminatın ödənilməsi dərdini çəkmələri yerinə, hələ də onlara məxsus olmayan, bundan sonra da olmayacaq “artsaxları” ətrafında baş sındırırlar, “15 min artsaxlı erməninin tarixi vətənlərində” (???!!!) azərbaycanlılarsız (!!!) yaşamaq “hüquqlarından”, Qarabağın Azərbaycanın yuridiksiyası altında qala bilməməsindən, “artsaxın” “geopolitoloji xəritədəki reallığına görə” (???!!!) dünya ölkələri tərəfindən tanınmasından dəm vururlar - dövlət səviyyəsində, rəsmi! Bədbəxt və Allahın xoşu gəlməyən “millət”...

Rövşən RƏSULOV

P.S. Belə yerdə deyərlər ki, Ara, Ayvazyan, get təzədən gəl. Yox, bunu da istəmirsənsə, onda daha ağır cavabı almağa hazırlaşın!

Bütün xəbərlər Facebook səhifəmizdə