Şuşa ermənilərindən mehmanxanaları boşaltmağı tələb edirlər İRƏVANDA

“Sualların spektoru genişşdir, onlar çoxdur, söhbət bizim bir neçə min soydaşlarımızdan gedir. Tez həll yolu tapmaq mümkün deyil, ancaq müəyyən işlər aparılır”. SİA xəbər verir ki, bunu panorama.am-a qondarma “dqr”in Ermənistandakı “daimi nümayəndəsi” Sergey Kazaryan Qarabağdan Ermənistana köçmüş ermənilərin problemləri ilə bağlı fikirlərini açıqlayarkən deyib.

Onun sözlərinə görə, əsas problem yaşayış yerləri ilə bağlıdır. “Qeyd etmək lazımdır ki, Şuşa sakinləri “daimi nümayəndəliyin” qarşısını toplaşaraq bundan sonra nə edəcəklərini öyrənmək istəyirlər”, şərh edən erməni saytı Şuşa ermənisi Nairi Qriqoryanın növbəti fikirlərini də yazıb. “Elə insanlar var ki, onlar mehmanxanada yaşayırlar, indi onlar mehmanxananı boşaltmalıdırlar, onlar nümayəndədən bu problemlə məşğul olmasını istəyirlər”, deyə Qriqoryan bildirib.

O, Xankəndinə getməməyinin səbəbini də açıqlayıb və bildirib ki, bu şəhərdə partlamamış bombalarla bağlıdır və yalnız minaların təmizlənməsindən sonra ora getməyin mümkün olduğunu bildirib.

Erməni qadın Şuşanı noyabrın 2-də tərk etdiyini bildirib və həmin vaxt şəhərdə 4 minə yaxın ermənilərin yaşadığını deyib. O, həmçinin bildirib ki, Şuşa şəhərindən çıxmış ermənilərin haraya yerləşdiriləcəkləri ilə bağlı məlumatı yoxdur.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə