Paşinyanı qorxudan nədir? Erməni ekspert

Müxalifət hələ "konsensus" prizmasında liderinin adını rəsmi olaraq açıqlamayıb, amma “Nikolçular” Vazgen Manukyanı nüfuzdan salmaq üçün artıq meydana atılıblar. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Karen Vrtanesyan özünün Facebook səhifəsində yazıb.

O, öz səhifəsində qeyd edir ki, önəmli olan əslində, "Mənim addımım"ı tərk edən millət vəkillərinin bu üzsüz Nikol kütləsindən qopmağı bacarmalarıdır. Bildirir ki, əslində onlar özləri nəhayət düşünməyə, qərar verməyə və hərəkət etməyə başlayıblar. Həmçinin xatırladır ki, onlar Nikolun itaətkar, üzsüz, beyinsiz kuklaları olmağı dayandırıblar və siyasi həyatlarında ilk dəfə müstəqil bir addım atdılar, eyni zamanda, tamamilə müstəqillikdən məhrum olan üzsüz kütləyə qarşı çıxış ediblər.

Xatırladaq ki, bu vəziyyət Paşinyanı ən çox qorxudan məqamdır və onun sarı mətbuat üzərində qurduğu sistemin çökməyə başladığını da görməsi indi bu erməni baş nazirini çox narahat edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...