Paşinyan qorxuya düşüb “Hraparak” qəzetindən ŞOK DETALLAR

Paşinyan öz komandasının ona impiçment elan edəcəyindən qorxur. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
“Nikol Paşinyana inamsızlıq hər yerdə, hətta komandasında hökm sürür. Buna görə Paşinyan hərbi vəziyyəti ləğv etməkdən imtina edir, çünki bundan sonra baş nazirə etimadsızlıq göstərmək mümkün olacaq.
Komandanın sədaqətindən əmin olsaydı, rejimi ləğv edərdi, amma komandasının əksəriyyət deputatlarının impiçment başlayadaraq onu təəccübləndirəcəyinə inanır.

Qəzetin mənbəyinin məlumatına görə, hərbi rejimdən irəli gələn bütün məhdudiyyətlərin addım-addım atılacağı gözlənilir. Mitinqlər və media nəşrləri ilə bağlı məhdudiyyətlər artıq qüvvədə deyil, növbəti addım ölkədən çıxma ehtimalını bərpa etmək olacaq. Ancaq hərbi vəziyyət hərbi qüvvələr üçün, qoşunların hərəkəti və digər məqsədləri üçün qalacaq və əsl məqsəd baş nazirə etimadsızlıq nümayişinin qarşısını almaq olacaq”, deyə “Hraparak” qəzeti yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə